Əlaqə Arxiv
news Image
2016.12.01
12:46
| A A A
İcbari tibbi sığortanın tətbiq olunacağı vaxt açıqlandı

“İcbari tibbi sığorta üzrə yükün hamısını dövlət büdcəsi öz üzərinə götürməməlidir. Əminəm ki, 2018-də bütövlükdə icbari tibbi sığortanı təbiq etməyə başlayacağıq”.
 
Movqe.az-ın xəbərinə görə, bu sözləri parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov 2017-ci ilin büdcə müzakirələri zamanı bildirib.
 
Deputat qeyd edib ki, icbari tibbi sığortanın tətbiqinə nə qədər tez başlanılsa, tibbi xidmətin səviyyəsi o qədər də tez qalxacaq:
 
“İcbari tibbi sığortanı nə qədər tez həyata keçirsək, tibbi xidmətin səviyyəsi də bir o qədər tez yüksəlməyə başlayacaq. Hansı ölkə səhiyyə sahəsində uğu qazanıbsa, bunun səbəbi icbari tibbi sığortadır.
 
İcbari tibbi sığorta üzrə yükü daşımaq üçün Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi ilə bir yerdə oturub ciddi tədbirlər planı hazırlamalıdır. Əhalinin az müdafiə olunan elə qrupları var ki, onların tibbi sığortasını dövlət öz üzərinə götürməldir”.
 
Ə.Əmiraslanov bildirib ki, icbari tibbi sığortanın istiqamətində uğurlu addımlar atılıb.
 
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saxlanılması üçün büdcədə müəyyən vəsait ayrılıb. 29 noyabrda icbari tibbi sığortanın tətbiqi ilə bağlı prezident fərman imzaladı. Fərmanda icbari tibbi sığortanın həyata keçriilməsinin mexanizmi öz əksini tapıb. 2 pilot layihənin Yevlax və Mingəçevirdə gələn il həyata keçirilməsi nəzrədə tutulub. Bunlar üçün də 10 milyon manat ayrılıb. Əminəm ki, bu pilot layihə uğurla həyata keçiriləcək”.

 

Sizin Reklam Yeriniz