news Image
2016.12.01
13:33
| A A A
59 inzibati ərazi dairəsində torpaq mübahisələri var

Azərbaycanda 59 inzibati ərazi dairəsində torpaq mübahisələri var. Movqe.az-ın məlumatına görə, bunu Milli Məclsin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

Komitə sədri qeyd edib ki, 362 inzibati ərazi dairəsinin ərazi məsələləri sual altında qalıb: “Çünki onlar işğal altında olan ərazilərdir. Bu məsələ hələ həll olunmayıb”.

İnzibati ərazi vahidlərinin sərhədlərinin dəqiqləşdirilməsinin çox mürəkkəb bir iş olduğunu deyən A.Rəhimzadənin sözlərinə görə, qanunvericiliyə əsasən, bu məsələlər “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanunla və “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiya haqqında” qanunla həll olunur.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs