Əlaqə Arxiv
news Image
2016.12.01
13:57
| A A A
Ali təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı -YENİLİK

Təhsil Nazirliyinin  Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən ali təhsil müəssisələrinin akkreditasiyasının yeni qaydaları hazırlanır.
 
Bunu Lent.az-a eksklüziv açıqlamasında Təhsil Nazirliyinin  Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəhbəri Samir Vəliyev deyib.
 
S.Vəliyev bildirib ki, hazırda mövcud olan akkreditasiya qaydaları bugünkü günün tələblərinə uyğun deyil: “Yeni qaydaların hazırda qüvvədə olan mövcud qaydalardan qismən fərqliliyi var. Həmin qaydaları Avropa təhsil sisteminin standart və meyarlarına uyğunlaşdırmışıq. Təbii ki Avropa standart və tələbləri tam olaraq yeni qaydalarda öz əksini tapmayıb. Yeni qaydalar  Azərbaycanda təhsilin vəziyyəti nəzərə alınaraq hazırlanıb. Bu qaydalar yaxın bir neçə il üçün nəzərdə tutulan qaydalardır”.
 
S.Vəliyev deyib ki, akkreditasiya komissiyasının tərkibinə işəgötürən və təhsilalanların cəlb olunması da vacib xarakter daşıdığı üçün bu, yeni qaydalarda da nəzərə alınıb: “Eləcə də yeni qaydalarda özünü təhlillə bağlı təhsil müəssisələri üçün tələblər fərqli qoyulub. Bütövlükdə akkreditasiya qaydalarında yetərli şəkildə dəyişikliklər mövcuddur". 
 
Bundan başqa, orta ümumtəhsil, orta ixtisas məktəbləri, peşə məktəblərinin də akkreditasiya qaydaları hazırlanır: "Bir sözlə, yeni qaydalar təhsilin bütün pillələri üzrə hazırlanacaq. Ümumtəhsil, orta,  ali təhsil üçün fərqli qaydaların hazırlanması istiqamətində işlər aparılır”.
 
S.Vəliyev qeyd edib ki, yeni qaydalar ekspertlər tərəfindən qiymətləndirildikdən sonra, Nazirlər Kabinetinə təqdim ediləcək. Qaydalar  təsdiqləndikdən sonra ali təhsil müəssisələrinin məlumatlandırılması istiqamətində işlər görüləcək.
 

Sizin Reklam Yeriniz