news Image
2016.12.01
15:23
| A A A
Metroda qatarlar gecikdi - yenə intihara cəhd

Bu gün Bakıda metroda yenə gərgin anlar yaşanıb. Movqe.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, saat 13:18 radələrində metronun "Nərimanov" stansiyasında intihara cəh hadisəsi baş verib.

Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Sadıqov Murad Məhəmməd oğlu stansiyada özünü "İçəri Şəhər" - "Həzi Aslanov" xətti üzrə hərəkət edən 14 saylı marşrut qatarının altına atıb.

 
Metroda intihara cəhd edən şəxsin kimliyi məlum oldu (YENİLƏNİB)
Qatar maşinistinin sayıqlığı nəticəsində qatarı saxlamaq mümkün olub. İntihara cəhd edən şəxs qatarın yolundan çıxarıb, heç bir xəsarət almayıb.
Hadisə nəticəsində qatarların hərəkət intervalında gecikmə qeydə alınsa da, sonradan interval bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs