Əlaqə Arxiv
news Image
2016.12.02
11:37
| A A A
Gəncə universitetlərinin kitabxana işçiləri Aqrar Universitetdə toplanıb

Kitabxana elm adamlarının ən çox ehtiyacı olan və üz tutduğu bir məkandır. Əslində kitabxana hər bir insanın mənəvi və elmi kamilliyinin bazasıdır. Sürətli internet dövründə isə eloktron kitabxanaların yaradılması olduqca vacibdir.

ADAU-nun mətbuat xidmətindən bildirilib ki, Gəncənin ilk elektron kitabxanası  bu təhsil müəssisəsində yaradılıb. Burada yerləşən kitabxana universitetin müəllim və tələbə heyətinin ixtiyarındadır. 700 minə yaxın kitab fondu olan kitabxanada ixtisasa aid kitablarla yanaşı, ədəbi-bədii, dünya ədədbiyyatının nümunələri də var. Xarici ali təhsil ocaqları ilə Aqrar Universitet arasında elektron kitab bazasının mübadiləsi üçün müqavilə də bağlanılıb. Kitabxanada yeni elmi araşdırmalar aparmaq üçün xaricdə olan dərsliklərə çıxışlar, elektron kitabxanalara daxil olub məlumatlardan istifadə etmək mümkündür. Elə bu səbəbdən də Gəncə Dölət, Texnologiya universitetlərinin kitabxana işçiləri tez-tez Aqrar universitetdə olur, qarşılıqlı təcrübənin öyrənilməsi istiqamətində müzakirələr aparırlar.

Bu dəfəki toplantıda isə Aqrar universitetin prorektoru Aidə Qasımova kitabxananın əhəmiyyətindən danışıb, elektron kitabxana sisteminin tələbə və müəllimlər üçün xüsusi önəm daşıdığını deyib.

Sonda müzakirələr başlanıb. Daha çox kitabxanaya gənclərin cəlb edilməsi yolları müzakirə və təhlil edilib.

 

Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz