Əlaqə Arxiv
news Image
2016.12.02
09:45
| A A A
Aqrar Universitetlə "Azərişıq" ASC əməkdaşlığı davam etdirir

Azərbaycan Dövlət Aqrar Universiteti ilə "Azərişıq" ASC arasında bağlanan müqavilə uğurla davam edir.

ADAU nun mətbuat xidməti bildirir ki, müqavilə əsasında “elektroenergetika mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrin və "Azərişıq" ASC-də fəaliyyət göstərən mütəxəssislərin bilik səviyyələrinin artırılması məqsədi ilə hər iki tərəfin təhsil və tədris bazalarından istifadə edilməsinə uyğun tədris prosesi həyata keçirilir. 

Bu günlərdə ADAU-nun “elektroenergetika mühəndisliyi” ixtisasının III kurs tələbələri "Azərişıq" ASC-nin tədris mərkəzindəki bazasında tədris prosesi ilə yaxından tanış olublar. Bu cür tədris prosesləri hər iki tərəf üçün faydalıdır. Birgə əməkdaşlıq əslində nəzəriyə ilə təcrübənin paralelliyinə və yeniliklərin mənimsənilməsinə təminat yaradır.

 

Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz