Əlaqə Arxiv
news Image
2016.12.02
12:11
| A A A
İş axtaranların nəzərinə - Metropolitendə vakansiya

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinə mütəxəssislərin işə qəbulunu elan edir. Bu barədə Movqe.az-a  qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, işə qəbul üçün müraciət edən şəxs texniki ali təhsilli, hərbi mükəlləfiyyətli və 25-35 yaş arasında olmalıdır. Həmçinin, işə qəbulda xarici dil (ingilis) bilməyə üstünlük verilir. İşə qəbul olunacaq şəxsin komputer proqram təminatının bacarıqları (MS Office (Word, Excel, Power Point, Outlook) və Azərbaycan qanunvericiliyi ilə bağlı məlumatı olmalıdır.

İşə qəbul olmaq istəyənlər “Bakı Metropoliteni” QSC-nin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus) Anket doldurularkən “İşləmək istədiyiniz işin adı” xanasına “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis” vəzifəsinin qeyd edilməsi zəruridir. Metropolitendə işləmək istəyənlər bu il dekabrın 20-dək müraciət etməlidir

Sizin Reklam Yeriniz