news Image
2016.12.02
13:11
| A A A
Təhsil Nazirliyi xaricdə distant təhsil alan tələbələrin diplomlarının tanınmamasına aydınlıq gətirib

Yeni hazırlanan akkreditasiya qaydaları yaxın zamanlarda Nazirlər Kabinetinə təqdim olunacaq.
 
Movqe.az-ın xəbərinə görə, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi rəisinin səlahiyyətlərini icra edən Samir Vəliyev bildirib ki, hazırda akkreditasiya bir proses olaraq təhsil müəssisələrinin təhsildə keyfiyyətin təminatı istiqamətində gördüyü işlərin qiymətləndirilməsi ilə bilavasitə əlaqələndirilir.
 
Onun sözlərinə görə, yeni qaydalar hazırda mövcud olan bəzi qaydalardan fərqlənəcək: “Qaydaların əsas fərqi odur ki, ilk növbədə təhsilin keyfiyyətinin təminatı forması yenidən müəyyənləşdiriləcək. Digər fərq akkreditasiya komissiyalarının tərkibi formatının dəyişdirilməsidir”.
 
 
S. Vəliyev xarici ölkələrdə distant təhsil alan tələbələrin diplomlarının tanınmamasına da aydınlıq gətirib. Onun sözlərinə görə, hazırda distant təhsil mexanizm olaraq mövcud deyil: “Azərbaycanda distant təhsilin mexanizmi işlənib hazırlanmadığından biz onu təhsilin bir forması kimi qəbul etmirik. Gələcəkdə Azərbaycanda distant təhsil mexanizmi müəyyən olunduqdan sonra həmin təhsil forması üzrə xarici ölkə universitetlərində təhsil alan tələbələrin diplomları tanınacaq. Azərbaycanın diplomlarının xarici ölkələrdə tanınması hər bir ölkənin prosedur qaydalarına uyğun olaraq tanınır”.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs