Əlaqə Arxiv
news Image
2016.12.02
17:37
| A A A
Nazir müavini: "Gələn həftədən vətəndaşlar Tibbi-Sosial Ekspert komissiyalarına müraciət etməyəcək"

"Gələn həftənin bazar ertəsindən etibarən vətəndaşlar Tibbi-Sosial Ekspert komissiyalarına müraciət etməyəcək".Movqe.az-ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib.O qeyd edib ki, əvvəllər bu sahədə bir çox problemlər, şikayətlər, neqativ hallar mövcud olub: "Bunları aradan qaldırmaq üçün islahatlar aparıldı və bu sahədə tam avtomatlaşdırılmış sistem qurulub və gələn həftənin bazar ertəsindən elekton sistem fəaliyyətə başlayacaq. Səhiyyə müəssisələri tərəfindən göndərişlər elektron qaydada bizim servis mərkəzlərinə göndəriləcək. Həmin servisdə "Forma 88" kodlaşdırılıb, adsızlaşdırılacaq. Bizim həkimlər sənədlərin kimə aid olduğunu bilməyəcək".

Sizin Reklam Yeriniz