Əlaqə Arxiv
news Image
2016.12.05
10:39
| A A A
Bu il zorakılıq qurbanlarına 5 mühafizə orderi verilib

Bu ilin 6 ayı ərzində məişət zorakılığı qurbanlarına 5  mühafizə orderi verilib. Onlardan 3-ü uzunmüddətli, ikisi qısamüddətli mühafizə orderi olub. Bu barədə məlumatı Movqe.az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının informasiya və analitik araşdırmalar şöbəsi verib. Şöbədən bildiriblər ki,  mühafizə orderlərinin az tətbiq olunmasının səbəbi, ölkəmizdə məişət zorakılığı qurbanları üçün dövlət sığınacaqlarının olmamasındadır: "Məişət zorakılığına məruz qalmış şəxsə mühafizə orderi verildikdə, zorakılıq törədəndən şəxsin ona yaxınlaşmaması üçün sığınacağa yerləşdirilməlidir. Yoxsa hər evə zorakılıq qurbanının təhlükəsizliyini təmin etmək üçün polis əməkdaşı təhkim etmək mümkün deyil. Bunun üçün ən azı nümunə üçün bir ədəd məişət zorakılığı qurbanlarına dövlət sığınacağı fəaliyyət göstərməlidir".

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz