Əlaqə Arxiv
news Image
2016.12.05
14:52
| A A A
AccessBank autizm sindromlu uşaqları sevindirib
Bank autizm sindromlu uşaqlarınreabilitasiya mərkəzinə dəstək verib

Movqe.az xəbər verir ki, daim korporativ sosial prinsiplərinə sadiq olan AccessBank növbəti sosial layihəsini həyata keçirib. Beynəlxalq Əlillər Günü münasibətilə Bank "Birgə və sağlam" ictimai birliyi ilə bərabər autizm sindromlu uşaqlar üçün əyləncəli tədbir təşkil edib. Bankın könüllüləri reabilitasiya mərkəzinə baş çəkərək uşaqlara müxtəlif  sürprizlər hazırlayaraq əyləncəli şou və müsabiqələr keçirib. Uşaqlar bu aksiyadan xüsusi zövq aldılar və çox gözəl istirahət etdilər. Tədbirin sonunda AccessBank adından reabilitasiya mərkəzinə 10 ədəd elektron planşet təqdim edilib.  

Korporativ sosial məsuliyyət proqramı AccesssBank-ın missiyasının ayrılmaz hissədidir. 2008-ci ildən etibarən Bank öz əməkdaşlarının iştirakı ilə fiziki imkanları məhdud olan insanlarla, valideyn himayəsindən məhrum olan uşaqlarla və kimsəsiz qocalarla bağlı 150-dənartıq layihə həyata keçirib. AccessBank, həmçinin, idman, təhsil, mədəniyyət və incəsənət sahəsində uğurlu layihələr reallaşdırıb.

Sizin Reklam Yeriniz