Əlaqə Arxiv
news Image
2016.12.07
11:35
| A A A
Dəm qazından zəhərlənmənin şok statistikası açıqlandı

"İl ərzində Klinik Tibbi Mərkəzə dəm qazından zəhərlənmə ilə əlaqədar 454 müraciət olub. Həmin şəxslərdən 332-si xəstəxanaya yerləşdirilib". 
Movqe.az xəbər verir ki, bu sözləri bu gün keçirilən brifinqdə Səhiyyə Nazirliyinin baş toksikoloqu, KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov səsləndirib. A. Maqsudov deyib ki, bu ilin 11 ayı ərzində Kliniki Tibbi Mərkəzə dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb: "Bizim şöbəyə yerləşdirilənlərdən 10%-i ağır, 70%-i orta-ağır, yerdə qalanları isə yüngül vəziyyətdə xəstələr olub. 20-40 yaş arası, cavan və orta yaşlı insanlardan da müraciətlər daxil olub. Müraciətlər arasında dəm qazından zəhərlənmələr çoxluq təşkil edir.  Çox vaxt vanna otağının qapısının bağlı olması dəm qazından zəhərlənən şəxsin xilas olunmasını çətinləşdirir. Bu vaxt itgisi də, xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olur. Xəstənin huşu üstündə olarsa, vaxt itkisi yaranmır”.

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz