Əlaqə Arxiv
news Image
2016.12.07
12:54
| A A A
68 uşaq zəhərlənib-11 ayda

Bu ilin 11 ayı ərzində Klinik Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 68 uşaq daxil olub.  Movqe.az xəbər verir ki, bu barədə məlumatı  bu gün jurnalistlərə açıqlamasında ölkənin baş toksikoloqu,  Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. A. Maqsudov bildirib ki, Mərkəzə gətirilən uşaqlardan  42 nəfəri dərmandan, yerdə qalanları isə dəm qazından zəhərlənib. Baş toksikoloq bu il yay aylarında zəhərli göbələkdən zəhərlənmə ilə bağlı 26 xəstənin müraciət etdiyini, ölüm halının qeydə alınmadığını söylədi. İlan sancması ilə bağlı isə  Mərkəzə 114 xəstə müraciət edib.

Zülfiyyə  QULUYEVA 

Sizin Reklam Yeriniz