Əlaqə Arxiv
news Image
2016.12.07
17:36
| A A A
BDU-nun müəllimi Türkiyədə konqresə qatılıb (FOTO)

Bakı Dövlət Universitetinin İnsan hüquqları və İnformasiya hüququ kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Daşqın Qənbərov Türkiyənin Antalya şəhərində keçrilən Beynəlxalq Türk Dünyası Təhsil və Sosial Elmlər Konqresində iştirak edib.

Universitetin mətbuat xidmətindən Movqe.az-a  verilən məlumata görə, konqresdə bütün turkdilli dövlətlərdən elm və təhsil adamları iştirak etməklə ümumilikdə 400 nəfərdən artıq nümayəndə təmsil olunub.

D.Qənbərov Azərbaycanda keçrilmiş sonuncu ümümxalq səsverməsində müzakirələrə təqdim olunmuş referendum aktının müddəalarını insan hüquqları kontekstində təhlil edərək tədbir iştirakçılarının diqqətinə çatdırıb və bu dəyişikliklərin zamanın tələbi olmaqla Azərbaycanın yeni bir inkişaf mərhələsinə qədəm qoyması ilə əlaqədar olduğunu bildirib.

Konqresin sonunda hüquq üzrə fəlsəfə doktoru D.Qənbərov “Türk Akademik Həyatına” vermiş olduğu dəyərli təkliflərinə görə UAESEB İdarə Heyəti tərəfindən xüsusi “Araşdırmaçı ödülü” ilə mükafatlandırılıb.

Sizin Reklam Yeriniz