Əlaqə Arxiv
news Image
2016.12.08
09:40
| A A A
Repetitorlar da vergi ödəyiciləri olacaqlar
Əjdər Ağayev: “Repetitor proqramı qəbul imtahanlarına hədəflənmiş, yalnız testlərlə işlərdən ibarətdir” Məhərrəm Zülfüqarlı: “Sözügedən addım repetitorların vergiyə cəlb olunması baxımından mühüm haldır”

Yaxın gələcəkdə Bakıda repetitorluqla məşğul olan müəllimlərlə məktəb arasında birgə fəaliyyət müqavilələri imzalana bilər. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva deyib.

Amma bu gün üçün həmin məsələnin konkret məqsəd kimi qarşıya qoyulmadığını deyən M.Vəliyevanın sözlərinə görə, bu ilin iyul ayında Nazirlər Kabineti məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyətin təşkili üçün müqavilələrin bağlanması barədə qərar verib. Həmin qərara əsasən, BŞTİ hər hansı fiziki və hüquqi şəxslə və üçüncü tərəf olaraq, məktəblə birgə fəaliyyət haqqında müqavilə imzalayır. Bu müqavilə çərçivəsində məktəblərdə təhsil sisteminə uyğun olan fəaliyyətlərin həyata keçirilməsinə icazə verilir. Bəs, Bakıda repetitorluqla məşğul olan müəllimlərlə məktəb arasında birgə fəaliyyət müqavilələrinin imzalanması bu sahəyə nə vəd edir? Bununal repetitorlar vergiyə cəlb oluna bilərmi? 
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev repetitorların vergiyə cəlb olunmalarını doğru addım hesab edərək bildirir: “Bakı şəhərində repetitorluqla məşğul olan müəllimlərlə məktəb arasında birgə fəaliyyət müqavilələrinin imzalana biləcəyi haqqında məlumata münasibət birəmnalı deyil. İndik durumda bu təşəbbüslər pedoqoji və hüquqi baxımdan doğru yanamşa sayıla bilməz. Hüquqi cəhətdən ona görə əsassız hesab edirəm ki, mövcud təhsil qanununda və məktəb nizamnamələrində orta təhsil ocağının öz fəaliyyətini hansısa repetitorluqla məşğul olanlarla uyğunlaşdırması barədə hər hansı bir maddələr yoxdur. 
Repetitorluqla məşğul olanların qeydiyyatdan keçərək vergi verib-verməyənin olub-olmadığı barədə məlumatsızam. Amma onu bilirəm ki, bu adamlar hələ dövlət tərəfindən tanınmayan ayrı-ayrı şəxslərdir. Yəni o mənada tanınmırlar ki, repetitorlar ümumi qeidiyyatdan keçməmiş, vergi verməyən adamlardır. Çoxları da elə məktəblərdə müəllim işləyir. Digər tərəfdən, repetitor proqramı ümumtəhsil proqramı deyil. Repetitor proqramı qəbul imtahanlarına hədəflənmiş, yalnız testlərlə işlərdən ibarətdir. Testlərlə iş isə şagirdlərə heç bir dünyagörüşü aşılamır. Onlara ümumtəhsil dövründə verilən geniş əhatəli təlim-tərbiyyə işini yerinə yetirmir. Repetitorla məktəb arasında birgə fəaliyyət müqaviləsinin imzalanması, prosesin əlaqələndirilməsinə gəldikdə, repetitorda müəllimdir, xaricdən gəlməyib ki, bir il və ya bir neçə ilə müqavilə ilə nəsə etsin. Tələb etmək lazımdır ki, repetitorluq edən müəllimlər zəhmət çəksin, məktəbdə öz tədris işlərini yüksək səviyyədə qursun. Məktəbin tədris səviyyəsi yoxlanılmalı və o adamlar bir vətəndaş məsuliyyətinə cəlb edilməlidirlər ki, dərs proqramını yerinə yetirmədiyi halda necə repetitorluq edə bilirlər? Bu, pedoqoji cəhətdən də sağlam münasibət deyil. 
Repetitor əqli mülkiyyət sahibidir və onu satır. Buna etiraz etmirəm, satsın. Amma bunun üçün o, qazanc əldə etdiyindən müvafiq qurumlarda qeydiyyatdan keçməlidir.  Belədə fəaliyyətilə əlaqədar olaraq əldə etdiyi qazancının müəyyən hissəsini vergi şəklində ödəməlidir. Lakin məsələ ondadır ki, bizdə repetitorluqla fərdi şəkildə məşğul olurlar. Ona görə onlar üzərində dövlət nəzarətinin olması lazımdır ki, vergiyə cəlb olunsunlar”. 
Təhsil eksperti Məhərrəm Zülfüqarlı da sözügedən addımı repetitorların vergiyə cəlb olunması baxımından mühüm hal sayır. Lakin o da bu qənaətdədir ki, bunun üçün öncə müəllimin əmək maaşını əhəmiyyətli dərəcədə artırmaq gərəkdir: “İndiki halda repetitorluqla məşğul olan müəllimlərin məktəblə birgə fəaliyyət müqaviləsinin imzalanması müəllimlərin ziyanınadır. Öncə müəlimlərin əmək haqqısı xeyi artmalıdır ki, onlar da gedib ancaq məktəbdə tədrislə məşğul olsunlar. İndiki halda isə müəllim həm dərs deyir, həm də əziyyət çəkərək repetitorluqla məşğul olur, amma buna görə onunla müqavilə bağlanmalı olduğunu deyirlər. Bu halda müəllim qazancının bir hissəsini vergi şəklində ödəməli olacaq. Amma bunun üçün dediyim kimi, öncə müəllimə yaxşı maaş verilməlidir, sonra isə bu barədə danışmaq olar”.
Rüfət NADİROĞLU
 

Sizin Reklam Yeriniz