Əlaqə Arxiv
news Image
2016.12.08
10:27
| A A A
Bakı-Sumqayıt qatarında gecikmə

Bakı-Sumqayıt-Bakı elektrik qatarında gecikmə baş verir. Movqe.az  xəbər verir ki, gecikmə qatar Biləcəri stansiyasında olarkən müşahidə olunub. Belə ki, Sumqayıtdan Bakı istiqamətində hərəkət edən qatar Biləcəri stansiyasına qrafik üzrə, yəni 08:11-də çatıb. Lakin 08:12-də stansiyadan yol düşməli olan qatar 08:28-də hərəkətə başlayıb. Maşinist gecikməni texniki səbəblərlə izah edib. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədov bildirib ki, elektrik enerjisinin verilişində problem olduğundan qatar gecikib. APA

Sizin Reklam Yeriniz