Əlaqə Arxiv
news Image
2016.12.09
11:06
| A A A
Bakıda hava şəraiti ilə bağlı xüsusi avtomobillərdən istifadə olunub-Təcili yardımda

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası paytaxtda müşahidə edilən qarlı hava şəraitində çağırışlara vaxtında yetişmək üçün xüsusi təcili və təxirəsalınmaz tibbi yardım avtomobillərindən istifadə edib. Bu barədə Movqe.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib. R. Nağıyev bildirib ki, stansiyalara paylanılan hər iki oxu çəkən avtomobillər dünən Yasamal rayonu ərazisində 10 çağırışa yollanıb: “Dünən yollar buzlu və qarlı olmadığından digər təcili yardım avtomobillərinin hərəkətində problem olmayıb. Amma Yasamalda qar paytaxtın digər əraziləri ilə müqayisədə bir qədər çox olduğundan, çağırışlara vaxtında yetişmək üçün hər iki oxu çəkən avtomobillərdən istifadə olunub. Hələ ki, paytaxta yağan qarın hündürlüyü 40 sm-a çatmadığından, xüsusi tırtıllı başmaqlardan istifadə olunmayıb”.
R. Nağıyev bildirib ki, mövcud hava şəraiti ilə bağlı çağırışların sayında artım da müşahidə edilməyib. Qarda, buzda yıxılıb xəsarət alma ilə bağlı təcili və təxirəsalınmaz yardıma müraciət daxil olmayıb. Amma bununla belə R. Nağıyev Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının çağırışlara vaxtında çatmaq üçün tam hazır vəziyyətdə olduğunu söylədi. 


Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz