Əlaqə Arxiv
news Image
2016.12.09
14:53
| A A A
Masallı rayonunun Yeyənkənd kəndində həkim məntəqəsi açılıb

Movqe.az xəbər verir ki, Dünya Bankının maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Yeyənkənd kəndində həkim məntəqəsi üçün yeni binanın açılış mərasimi oldu.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, mərkəzi rayon xəstəxanasının baş həkimi Cəlil Nəzərov, AzKİL-in Muğan - Salyan RƏO üzrə proqram mütəxəssisi Fəridə Eminova və kənd sakinləri iştirak edirdilər.Mərasimdə çıxış edən RİHB-nin Yeyənkənd ərazisi üzrə nümayəndəsi Barat Nağıyev, kənd ağsaqqalı Mirhəsən Əhmədov, həkim məntəqəsinin müdiri Əsgər Abbasov və başqaları bölgələrdə sosial problemlərin həlli, ucqar kəndlərdə tibbi xidmətin səviyyəsinin ildən-ilə yüksəldilməsi istiqamətində Masallıda böyük işlərin görüldüyünü diqqətə çatdırıb, bunun üçün Prezident İlham Əliyevə və rayon rəhbərinə dərin minnətdarlıq bildirdilər, son illərdə rayonda səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün həyata keçirilən tədbirlərdən, rayonda və kəndlərdə gedən tikinti-abadlıq işlərinin geniş vüsət almasından danışdılar.
 
Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov dedi:
 
-Bu gün sizinlə görüşə gəlmişəm. Fərəhlidir ki, kəndinizdə gözəl, hər cür şəraiti olan həkim məntəqəsinin açılışını da etdik. Son illərdə kəndlərimizdə 15-ə yaxın həkim, tibb məntəqəsi açılmış, bəziləri əsaslı təmir edilmişdir. Halbuki son vaxtlara kimi bəzi səhiyyə obyektləri şəxsi evlərdə və ya uyğunlaşdırılmış binalarda yerləşirdi. İndi demək olar ki, bu problem həllini tapmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyev əhalinin sağlamlığı üçün çox mühüm tədbirlər həyata keçirməyə çalışır. Rayonumuzda həkim məntəqəsinin istifadəyə verilməsi bu qayğının təzahürüdür. Təbrik edirəm.
 
Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov həkim məntəqəsinin rəmzi lentini kəsərək otaqlarda yaradılmış şəraitlə tanış oldu.
Tibb məntəqəsinin yeni binasının açılışı münasibətilə sakinləri təbrik edən icra başçısı burada çalışacaq tibb işçilərinə uğurlar arzuladı.

 

Əlihüseyn Şükürov 

 

Sizin Reklam Yeriniz