Əlaqə Arxiv
news Image
2016.12.09
13:32
| A A A
Masallı rayonunun Yeyənkənd kəndində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil İsrafil oğlu Hüseynovun səyyar görüş-qəbulu keçirilib

Movqe.az  xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil İsrafil oğlu Hüseynovun növbəti səyyar qəbulu Yeyənkənd kəndi ərazisində keçirildi.
Masallı rayonunun Yeyənkənd ərazisi Abbasbəyli və Xəlfələr kəndlərini əhatə edir. Ərazidə əhalinin sayı 3338 nəfər, təsərrüfatın sayı 847-dir. Pay torpaqları 610 hektardır. Ərazidə 1 tam orta məktəb,1 həkim, 1 tibb məntəqəsi, EATS, poçt və klub fəaliyyət göstərir.
Masallı rayonundakı Yeyənkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin həyətində təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil İsrafil oğlu Hüseynov açaraq sakinləri salamladı, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etdi.
RİH başçısı rayonda kənd təsərrüfatının bütün sahələri, o cümlədən əhaliinin sosial inkişafı, tərəvəzçilik, tütünçülük və çiyələkçilikdən istifadə ilə əlaqədar fikirlərini söylədi. Rayon rəhbərinin geniş və hərtərəfli şərhi, tövsiyə və məsləhətləri sakinlərdə böyük maraq yaratdı. Sonra sözü sakinlərə verdi.
 
Ərazi sakinləri Sərxoş Şiriyev, Əliqulu Cəfərov, Əlican Şükürov, Məmmədəli Məcidov, Canoğlan Canəliyev, Zahirə Əliyeva, Fəxrəddin Fərəcov və başqaları çıxış edərək son vaxtlar rayonda və Yeyənkənd ərazisində görülmüş işləri təqdir edib, kənd əhalisi adından ölkə Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq bildirdilər.Kəndin daxili yollarının təmir olunması, işıq və qazın verilişində olan nöqsanların aradan qaldırılmasından danışıb, həmçinin şikayət və təkliflərini səsləndirdilər.
Rayon rəhbəri verilən təkliflərin nəzərə alınacağını qeyd edib, aidiyyəti idarə və müəssisə rəhbərlərinə tapşırıqlar verdi.
 
Tədbiri yekunlaşdıran Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil İsrafil oğlu Hüseynov dedi:
 
-Görüşümüz səmərəli oldu. Ən fərəhlisi budur ki, həkim məntəqəsi kimi vacib bir səhiyyə obyektinin açılışını etdik. Təklifləriniz də həyata keçiriləcək. Çünki, əvvəlki görüşlərimizdə edilən müraciətlərin də əksəriyyəti yerinə yetirilib. Bu gün sizə ən vacib tövsiyəm budur ki, balalarınızın təhsili ilə maraqlanasınız. Rayonumuzda turizm mərkəzi açılır. Buraya ixtisaslı kadrlar lazımdır. Belə kadrlar isə rayonumuzdakı dövlət regional kollecində hazırlanır. Odur ki, ingilis dilini və kompüteri yaxşı öyrənmək vacibdir ki, turizm obyektlərində işlə təmin olunsunlar.
 
İkinci tövsiyəm isə erkən nikahlarla bağlıdır. Bu sahədə irəliləyiş olsa da problem hələ həllini tapmayıb. Xüsusilə qızların təhsilinə önəm verilməlidir. Erkən nikahlar cinayətdir, cəmiyyətimiz, genefondumuz korlanır. Buna hamı cavahdehdir.
 
Rayon rəhbəri görüş iştirakçılarının diqqətini kənddə təsərrüfatın dirçəldilməsi üçün yeni sərfəli sahələrin tətbiqi ilə əlaqədar tövsiyələr də verdi.
 
 
Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz