Əlaqə Arxiv
news Image
2016.12.11
15:00
| A A A
Sabah hava yapmursuz olacaq

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, gündüz mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-14° isti, Bakıda gecə 4-6° isti, gündüz 12-14° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütünundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 12-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi qərb rayonlarında az yağıntılı olacağı ehtimalı var. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz