news Image
2017.01.11
11:45
| A A A
2017-ci ildə əmək haqları 15 faiz artırıla bilər
Vüqar Bayramov: "Mövcud şərtlər buna imkan verir"

"2017-ci ildə pensiya və əmək haqlarının artırılması imkanı var". Bu sözləri movqe.az-a İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi: “Büdcədə neftin qiyməti 40 dollar nəzərdə tutulub. Amma dünya bazarında neftin qiyməti daha yüksəkdir. Güman olunur ki, 2017-ci ildə neftin qiyməti 50-60 dollar arasında dəyişəcək. Neftin qiymətində kəskin azalmalar qeydə alınmazsa, dövlət büdcəsinə daxilolmaların tam icrasına imkan yaranacaq. O baxımdan mövcud şərtlər gələn il pensiya və əmək haqqının artırılması ehtimalını real edir. Yanvar ayında pensiyaların baza hissəsində indeksasiya olacaq. Ancaq  eyni zamanda neftin dünya bazarında qiyməti 50-60 dollar intervalında dəyişərsə, büdcə daxil olmalarında hansısa çətinlik yaranmazsa, pensiya məbləğlərində və əmək haqlarında artım mümkündür. İndiki reallığı nəzərə alsaq, kateqoriyadan asılı olaraq pensiya və əmək haqlarında təxminən 10-15 faiz intervalında artım mümkündür. Büdcənin mövcud imkanları da məhz bu səviyyədə artımlara imkan verir. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələyə toxundu. Ölkə rəhbəri bildirib ki, maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır.

Mübariz BAYRAMOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs