news Image
2017.01.11
12:18
| A A A
İki ildə evlənmək istəyən 165 nəfərdə dəhşətli xəstəlik aşkarlanıb-Statistika

Keçən il nikaha daxil olmaq istəyən 143 min 694 nəfər tibbi müayinədən keçib.  Movqe.az-ın məlumatına görə, bu barədə bu gün B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda keçirilən mətbuat konfransında İnstitutun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib. Z. Əlimirzəyeva deyib ki, müayinələr nəticəsində 4 min 649 nəfərdə talassemiya daşıyıcılığı, 645 nəfərdə sifilis, 109 nəfərdə isə QİÇS təyin edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 42 olub: "2015-ci ildə nikaha daxil olanlardan 54 nəfərində HİV, 239 nəfərində siflis aşkarlanıb. 2016-cı ildə nikaha görə tibbi müayinə zamanı HİV-ə yoluxduğu təsdiqlənənlərin sayı 111, siflis isə 649 nəfərində aşkar edilib. 2015 və 2016-cı ildə isə cəmi 165 nəfərdə HİV, 888 nəfərdə isə siflis aşkarlanıb".   

Zülfiyyə QULUYEVA 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs