news Image
2017.01.12
21:00
| A A A
Fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində fərdi hesaba malik əcnəbilərin sayında da mütəmadi artım müşahidə olunur.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən movqe.az-a verilən məlumata görə, sistemdə qeydiyyatda olan xarici ölkə vətəndaşlarının sayı ötən ay 207 nəfər, 2016-cı il ərzində isə 6 078 nəfər artaraq, cari ilin yanvarın 1-nə 33 940 nəfər təşkil edib. Ümumilikdə ötən ildə fərdi hesabı açılan əcnəbilərin sayı 2015-ci illə müqayisədə 13,9% və ya 744 nəfər çox olub. Sistemdə qeydiyyatda olan xarici ölkə vətəndaşlarının 88,3%-i (29 980 nəfər) kişilərdən, qalanları isə qadınlardan ibarətdir. 

Ölkəmizdə fərdi hesabı olan əcnəbilər kimi, onların təmsil etdikləri ölkələrin sayı da artır. Bu gün artıq fərdi uçot sistemində ümumilikdə 124 ölkəyə aid əcnəbi şəxs qeydiyyatdadır. Onların arasında Тürkiyə (15 686 nəfər), Gürcüstan (3 285 nəfər)  Rusiya (1 964) vətəndaşları çoxluq təşkil edirlər. Yəni sistemdə qeydiyyatda olan əcnəbilərin 61,7%-i (20 935 nəfər) yalnız bu üç ölkənin payına düşür. Həmçinin fərdi hesabı olanlar arasında Özbəkistan (1817), Hindistan (1 454), İran (1 054), Çin (927), Banqladeş (880), Pakistan (720), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya (683), Ukrayna (565), Türkmənistan (330), Filippin (309), ABŞ (297), Almaniya (273), Qazaxıstan (258), İtaliya (222)  və s. ölkələrin vətəndaşları da var.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs