Əlaqə Arxiv
news Image
2017.01.16
11:22
| A A A
KİV nümayəndələri və valideynlər Aqrar Universitetdə imtahanları izləyib

Azərbaycan Dövlət Aqrar Universitetində 2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir. Ən əsası tələbələr, onların valideyinləri belə  imtahanların təşkilindən və yaradılan şəraitdən tam razıdır. 

ADAU-nun mətbuat xidmətindən Movqe.az-a bildirilib ki, Universitet rektorunun imzaladığı əmrlə “Qaynar xətt” yaradılıb və əlaqə telefonu, e-mail ünvanı qeyd edilib, imtahanların cavablarını kodlaşdırmaq üçün qrup yaradılıb.  İmtahanlarda verilən qiymətlərə etiraz edən tələbələrin müraciətlərinə baxılması üçün bakalavriat və magistratura səviyyələrində apellyasiya komissiyaları təşkil edilib. Şəffaflığın, obyektivliyin, növbətçiliyin və digər məsələlərin təmin edilməsi üçün müvafiq struktur bölmələrə tapşırıqlar verilib, kütləvi informasiya vasitələri nümayəndələrinə və valideynlərə imtahanlarda iştirak etmək üçün şərait yaradılıb, imtahan fənləri üzrə mütəxəssis olmayan şəxslərdən ibarət  xüsusi nəzarətçilər qrupu və imtahan rəhbəri təsdiq edilib. Növbəti imtahanları isə bütün fakültə və korpuslarda KİV nümayəndələri valideyinlərlə birgə izləyib. Bir daha təsdiq olunub ki, ADAU da imtanlar olduqca şəffaf keçirilir və burda yalnız tələbənin biliyi əsas götürülür. Mətbuata açıqlama verən valideyinlər deyib ki, biz evdə uşaqlarımızdan eşitdiklərimizi gözlərimizlə gördük və əmin olduq ki, universitetdə yaradılan hər şərait yalnız tləbə üçündür.  Dövlətin aqrar sahənin inkişafına kompleks yanaşmasının bariz nümunəsi isə hazırlanan kadrlara göstərilən qayğıdan başlayır və ADAU da yüksək hazırlıqlı kadr olmaq üçün bütün baza formalaşıb. İmtahanların isə necə ədalətli keçməsini öz gözlərimizlə gördük.
Demək yerinə düşər ki, İmtahan korpusunda tibb məntəqəsi təşkil edilib, və iki tibb işçisi təhkim olunub. Rektorun əmrinə müvafiq olaraq tədris işləri üzrə prorektorun sədrliyi ilə sessiyanın gedişində daxil olan müraciətlərin operativ şəkildə araşdırılmasını təmin etmək məqsədilə qərargah yaradılıb,  xüsusi otaq ayrılıb, telefonla təchiz edilib.  "Qaynar xətt”ə Universitetin internet ünvanından bir başa onlayn formada müraciət etmək imkanı da  yaradılıb.
“Azərbaycan tarixi” fənni üzrə şifahi imtahanların qəbulu məqsədilə xüsusu komissiya yaradılıb. 
Yazılı imtahanların biletlərinin sualları sessiyadan xeyli əvvəl tərtib edilib, kafedra iclaslarında baxılıb, tələbələrə çatdırılıb, test sualları elektron imtahan bazasına yerləşdirilib, tələbələrin  semestrdə topladıqları balların nəticələri sessiyanın başlanğıcınadək elektron sistemə yüklənib. 
Sessiya imtahanları 2016-cı il dekabrın 29-dan başlayıb. Mühəndislik fakültəsinin tədris korpusunda 2 auditoriyada quraşdırılan 152 kompyuter vasitəsilə test formasında qəbul edilir. İmtahanlara kənar müdaxilələrin qarşısı tam alınıb, hər gün 1000-dək tələbə növbəliklə kompyuterlə imtahan verərək, sonda nəticəni də dərhal kompyuterdə  qəbul edir.   
Bütün tədris korpuslarında quraşdırılan videokameralar mühafizə və nəzarət üçün universitetin fəaliyyətinə müsbət təsir edən amillərdəndir. 


Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz