Əlaqə Arxiv
news Image
2017.01.16
14:37
| A A A
Polis iki nəfərdən 27 kq narkotik maddə götürüb

Ötən gün daxili işlər orqanları əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində təqribən 27 kq narkotik maddə götürülüb.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, yanvarın 15-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Qorxmaz Əsgərovdan 13 kiloqram 355 qram tiryək götürülüb.

Bundan başqa, Səbail rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Səfər İbrahimovdan 2 kiloqram 205 qram heroin, 11 kiloqram marixuana, 9,588 qram tiryək götürülüb.

Sizin Reklam Yeriniz