Əlaqə Arxiv
news Image
2017.01.18
12:55
| A A A
Aqrar Universitetdə magistrlik dissertasiyalarının yetirilməsinə dair metodik seminar keçirilib

Ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesi olan magistraturada təhsilin keyfiyyətinin yüksəldilməsi Azərbaycan Dövlət Aqrar Universitetində qarşıya qoyulan əsas vəzifələrdəndir. Bu istiqamətdə vacib olan məsələlərdən biri də magistratura səviyyəsində təhsilin yekun mərhələsi olan magistrlik dissertasiyasının müasir dövrün tələblərinə uyğun yerinə yetirilməsidir.

 ADAU-nun mətbuat xidmətindən Movqe.az-a  xəbərinə görə qeyd olunan məsələni müzakirə etmək məqsədilə universitetin Magistr Hazırlığı Mərkəzi tərəfindən 1-ci kurs magistrantlar üçün magistrlik dissertasiyalarının yerinə yetirilməsi dair metodiki seminar keçirilib. Seminarı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov magistratura səviyyəsində tədrisin və elmi-tədqiqat işlərinin mövcud vəziyyətindən, bu istiqamətdə qarşıda duran vəzifələrdən danışıb. Rektor deyib ki, aqrar sahədə əmək bazarının tələblərinə uyğun elmi-pedaqoji kadrların hazırlanması magistratura səviyyəsində fundamental və tətbiqi xarakterli dissertasiya işlərinin yerinə yetirilməsindən əhəmiyyətli dərəcədə asılıdır.
         Sonra, tədris işləri üzrə prorektor, dosent Anar Hətəmov, texnika elmləri doktoru, professor Qabil Məmmədov, Magistr Hazırlığı Mərkəzinin direktoru, dosent Aydın İsayev, gənc müəllimlərdən Rahil Muradov, Xanım Həsənova çıxış edərək magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər barədə danışıblar. Çıxışların sonunda magistrantları maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılıb.

ƏLİHÜSEYN ŞÜKÜROV

Sizin Reklam Yeriniz