Əlaqə Arxiv
news Image
2017.01.20
10:47
| A A A
20 Yanvar şəhidlərinin xatirəsi Belçikada yad edilib (FOTO)

Bu gün Belçikanın Vaterlo şəhərində 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar, Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın abidəsinin önündə Azərbaycanın Belçikadakı səfirliyi və NATO yanında nümayəndəliyinin əməkdaşları və Belçikada yaşayan Azərbaycan diasporunun nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirilib.

Səfirlikdən Movqe.az-a verilən məlumata görə, əvvəlcə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən Səfir Fuad İsgəndərov, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet Ordusunun Bakıda törətdiyi qanlı hadisələr, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə məlumat verib, sovet ordusunun törətdiyi bu qanlı cinayətin keçmiş SSRİ-nin süqutunu daha da sürətləndirdiyi, Azərbaycanda müstəqillik hərəkatının daha geniş vüsət almasına şərait yaratdığını qeyd edib.

Bu günün müasir Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu bildirən F.İsgəndərov doğma vətənin hazırki inkişaf mərhələsində o günlərin tarixi təcrübəsinin nəzərə alınmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb, xalqımızın yaddaşına müstəqillik rəmzi kimi həkk olunmuş 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinin daim qəlblərdə yaşayacağına əminlik ifadə edib.

Sizin Reklam Yeriniz