Əlaqə Arxiv
news Image
2017.01.21
15:00
| A A A
Ölməz qəhrəmanlıq...

Azərbaycan Aqrar Universitetinin aqronomluq fakültəsində 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirilmişdir. Fakültənin dekanı Məhərrəm İsmayılov 20 Yanvar f aciəsi barədə məlumat verərək tədbiri açmış, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra isə biologiya kafedrasının professoru Bəhman Əliyev çıxış edərək şəhidlərin ruhuna “Fatihə ”sürəsi vermişdir. Tələbələrdən A.Novruzova, Z.Balakişiyeva, P.Ələkbərova , S.Abbasova, Ə.Məmmədova , Ş.Yusifova, V.Məmmədova , N.Əslibəyova , E.Aslanova , N.Verdiyeva şer kompozisiyası ilə çıxış etmişlər . Daha sonra Z.Balakişiyeva , E.Aslanova, R.Çələbiyev “İlham və Fərizə”nin həyat yoluna həsr edilmiş səhnəcik gösdərmişdirlər . Səhnəciyinin daxilində Ə.Rəhimov və Ü.Verdiyev “mən şəhid oldum ” musiqi parçası səsləndirdilər . Sonra dillər kafedrasının müdiri Aidə Həsənova 20 Yanvar faciəsi haqqında fikrini bildirmişdir. 

Tədbirin sonunda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü ,professor İbrahim Cəfərov çıxış edərək o zamanki SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliyi tənqid etdi və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həmin hadisədən cəmi bir gün sonra öz ailəsi ilə birlikdə həyatını təhlükəyə ataraq dünyanın kütləvi informasiya vasitələrinin nümayəndələrinə SSRİ rəhbərliyinin və şəxsən M.Qorbaçovun ifşa etməsini tədbir iştirakçılarına çatdırdı.
ƏLİHÜSEYN ŞÜKÜROV.

Sizin Reklam Yeriniz