Əlaqə Arxiv
news Image
2017.01.21
13:38
| A A A
Əmək pensiyalarının sığorta hissəsi artırıldı

Azərbaycan Prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2017-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin; fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir

Sizin Reklam Yeriniz