Əlaqə Arxiv
news Image
2017.01.23
11:24
| A A A
Evlənmək üçün tibbi müayinədən keçənlərdə tapılan dəhşətli virus cinsi yolla ötürülüb-Eksklüziv

Ötən il ərzində nikaha daxil olmaq istəyən 107 nəfərdə İİV-ə yoluxma halı aşkarlanıb.  Bu barədə məlumatı Movqe.az-a eksklüziv açıqlamasında  Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Epidemoloji Nəzarət və Proflaktika şöbəsinin müdiri Afət Nəzərli verib. A. Nəzərlinin sözlərinə görə, həmin şəxslərdən 41 nəfəri Mərkəzdə çoxdan qeydiyyatda olanlardır: "44 nəfər isə 2016-cı ildə nikaha daxil olmaq üçün tibbi müayinədən keçərkən yeni İİV virusu tapılan şəxslərdir. 107 nəfərfən 20-i təkrar müayinə üçün Mərkəzə gəlmədiklərindən, onlardan bu virusun olub-olmadığını qəti təsdiq etmək mümkün olmayıb".

A. Nəzərli bildirib ki, nikaha daxil olmaq üçün ötən il tibbi müayinədən keçən şəxslərdən 5 nəfəri Rusiya vətəndaşıdır. Onlardan biri ailəlidir. Müayinə zamanı hər ikisində, həm ərdə, həmdə arvadda İİv virusu aşkarlanıb. Ötən il İİV virusunun olduğu təsdiqlənən 44 nəfərdən biri xarici vətəndaşdır. Ümumiyyətlə ötən il nikaha daxil olmaq üçün tibbi müayinədən keçərkən İİV aşkarlananların 10-u ailəlidir və yoluxma hər ikisində qeydə alınıb".

A. Nəzərli onu da bildirib ki, 2016-cı ildə nikaha daxil olmaq üçün tibbi müayinədən keçənlərin 68-də İİV virusuna yoluxmanın cinsi yolla olduğu, 17 nəfərdə isə narkotik maddə istifadəsi zamanı baş verdiyi üzə çıxıb. Şöbə müdiri ötən il İİV virusuna yoluxanların 30-39 yaş qrupunda olduğunu bildirib. 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz