Əlaqə Arxiv
news Image
2017.01.23
12:38
| A A A
Azərbaycanda satılan "Nutella” şokolad yağları xərçəng yaradırmı?-Rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, İtaliyanın "Ferrero” şirkətinin "Nutella” şokolad yağları xərçəng təhlükəsi səbəbindən vitrinlərdən yığışıdırılmağa başlayıb.  Səbəb isə tərkibində təhlükəli olduğu bildirilən palma yağının olmasıdır. Son zamanlarda "Ferrero" şirkəti palma yağının təhlükəli olmaması barədə reklam çarxları yayımlasa da, İtaliyada bir sıra mağazalar "Nutella"nın satışını dayandırdıqlarını açıqlayıb. Qeyd edək ki, adıçəkilən məhsul ölkəmizə də idxal olunur. Hazırda da ərzaq satışı müəssisələrində  bu məhsulun satışına rast gəlmək mümkündür. Maraqlıdır, ölkəmizə idxal olunan "Nutella” şokolad yağları insan orqanizmi üçün təhlükəli məhsul hesab oluna bilərmi?

Bu suala cavab tapmaq üçün öncə Respublika Sanitariya-Karantin Müfəttişliyi ilə əlaqə saxladıq. Müfəttişliyin şöbə müdiri Yadulla Balışov Movqe.az-a açıqlamasında bildirdib ki, "Nutella” şokolad yağları “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliyinə gigiyenik tələblər” barədə sanitar epidemioloji qaydalar və normativlərdə nəzərdə tutulmuş göstəricilərə görə yoxlanılıb. "Nutella” şokolad yağları təhlükəsizlik göstəricilərinə görə- 
toksiki elementlərə, mikotoksinlərə, petisidlərə, mikrobioloji göstəricilərə görə labarator müayinədən keçirilib, və müayinələrin nəticələri normativlərə  cavab verib. Bu səbəbdən "Nutella” şokolad yağları dövlət gigiyena qeydiyyatına alınıb”.
Şöbə müdirinin sözlərinə görə, "Nutella” şokolad yağlarının qablarının üzərində tərkibində palma yağının olduğu göstərilməyib.  Müfəttişliyin səlahiyyətlisi onu da bildirir ki,  tərkibində palma yağı olan qidaların ölkəmizə idxalına qadağa qoyan hər hansı qərar və sənəd yoxdur. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki,  "Nutella” şokolad yağlarının tərkibinin insan orqanizmi üçün təhlükəli olduğu, yalnız labarator analizlər vasitəsilə təsdiqlənə bilər: “Məhsulun tərkibində palma yağının olması o demək deyil ki, o məhsul oqranizm üçün təhlükəlidir. Dünyanın əksər ölkələrində qida məhsullarının hazırlanmasında palma yağlarından istifadə edilir. Palma yağının qida məhsulunun istehsalında istifadəsi yalnız bir halda təhlükəli sayılır. Əgər palma yağı texniki məqsədlə istehsal olunubsa, onun ərzaq məhsulunun tərkibinə vurulmasına icazə verilmir. İndi ölkəmizə idxal olunan “"Nutella” şokolad yağlarının tərkibi analiz olunduqdan sonra qəti fikir söyləmək olar”.
İbrahim Əsədli bildirib ki, palma yağının qida istehsalında istifadəsini məhdudlaşdırmaq düzgün deyil. Həmsöhbətimiz deyir ki, palma yağından həm qidada istifadə üçün, həm də texniki yağ hazırlamaq mümkündür: “Palma yağının tərkibi çox zəngindir. Palmadan texniki məqsədlə istehsal olunan yağ daha yüksək temperaturda əriyir. Ona görə də texniki palma yağının qidada istifadəsi yolverilməzdir. Texniki palma yağı daha yüksək temperaturda əridiyindən, ondan qidada istifadə zamanı həzm prosesi çətin gedir. Daha yüksək temperaturda əridiyindən, orqanizmdə sovrulması da ləng gedir. Texniki palma yağı qida məhsuluna daha çox qatılırsa, bu bağırsaq keçməzliyinə də səbəb ola bilər”.
Amma ekspert qida üçün istifadə olunan palma yağının orqanizmə faydasının olduğunu söyləyir. İ. Əsədli deyir ki, qida məqsədilə istehsal olunan palma yağının tərkibində insan orqanizmi üçün çox faydalı vitaminlər var.  Palma yağının tərkibində karotin, vitamin B ilə zəngindir. Bu yağın tərkibində yarım doymamış piy turşuları var. Palma yağının tərkibində 36-40 faizə qədər omeqa 9, 5-10 faizə qədər isə omeqa 6 var. Ən çox omeqa 9 palma yağındadır. Yağda az miqdarda turşular da mövcuddur. Palma yağında olan karotin insan orqanizmi üçün, xüsusilə göz üçün çox xeyirlidir. Palma yağılnda karotinin miqdarı kökə nisbətən 16 dəfə, pomidorla müqayisədə  48 dəfə artıqdır.  Ona görə də birmənalı olaraq palma yağının insan orqanizmi üçün zərərli olduğunu söyləmək düzgün deyil”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma bölməsinin rəhbəri İmrah Abdullayev isə deyir ki, palma yağı qəbul olunmuş dövlətlərarası QOST 31647-2012-nin tələblərinə uğunlaşdırıldığı halda qidada istifadəsinə icazə verilir: “Palma yağının tərkibində transizomerlər, yağ turşuları olduğu üçün mübadilə çətin gedir. Ona görə də,  palma yağı qidada istifadə zamanı Azərbaycanın da qoşulduğu QOST 31647-2012-nin tələblərinə uyğunlaşdırılmalıdır: “Bu QOST un tələblərinə görə, yağlılıq faizi 99,9 , polimitin turşusu 39-46,8 olmalıdır.  Transizomerlərin faiz yuxarı olmamalıdır. 33-39 temperaturda əriməlidir və sairə. Əgər qidada istifadə edilən palma yağı bu QOST-un tələblərinə uyğunlaşdırılıbsa, istifadəsinə qadağa yoxdur”.   

Zülfiyyə QULUYEVA   

Sizin Reklam Yeriniz