Əlaqə Arxiv
news Image
2017.01.23
13:46
| A A A
Ağdamda 1 top mərmisi tapılıb (FOTO)

Yanvar 23-də Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağdam rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

ANAMA-dan  Movqe.az-a  verilən məlumata görə, Ağdam rayonunun Kiçikli kəndində su arxında 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi OF-462) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, 500 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə, Agentlik tərəfindən 1-23 yanvar tarixlərində Ağdam, Füzuli, Şamaxı, Xızı və Lənkəran rayonları, Lənkəran və Gəncə şəhərində 1 otlaq sahəsinə, 1 hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə baxış keçirilib, 1 237 ədəd partlamamış hərbi sursat, 10 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 13 010 kv.m ərazi yoxlanılıb.

Sizin Reklam Yeriniz