Əlaqə Arxiv
news Image
2017.01.24
10:36
| A A A
20 Yanvar tariximizin həm qanlı, həm də qəhrəmanlıq səhifəsidir

Rayon mərkəzi kitabxanasında 20 Yanvar faciəsi ilə əlaqədar tədbir keçirildi.  MKS-nin direktoru Əlhəddin Nəzərov  tədbir iştirakçılarını 20 Yanvar şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etdi. O, 1990-cı il Yanvar ayının 20-də Bakıda törədilən bu qanlı qırğın haqqında danışaraq, bu faciəli hadisələrin  XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü olduğunu bildirdi.  Daha sonra Tarix-Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva  çıxış edərək  faciə baş verdiyi günlərdə həmin qanlı  hadisələri öz gözləri ilə gördüyünü,  sovet ordusu əsgərlərinin  dinc əhaliyə necə amansızlıqla  divan tutduğunun canlı şahidi  olduğunu bildirdi. O, 20 Yanvar gecəsi yaşanan hadisələrin xalqımız üçün nə qədər  ağrılı nəticələri  olsa da, eyni zamanda tariximizin şərəfli səhifələrindən birinin yazıldığını, canlarından keçən qəhrəman oğul və qızlarımızın böyük fədakarlığı sayəsində xalqımızın azadlıq mübarizəsinin qələbə ilə yekunlaşdığını, dövlət  müstəqilliyimizin məhz  şəhidlərin qanı bahasına əldə edildiyini qeyd etdi. 

    Daha sonra  İsfəndiyar  Zülalov adına İsgəndərli tam orta məktəbin 7-ci sinif şagirdləri Amil Nəsirov, Cavidan Şərifov, 8-ci sinif şagirdi Aynur Əliyeva, 6-cı sinif şagirdləri Rəşad Qasımov, Rəvan Məmmədov və başqaları 20 Yanvar şəhdlərinin xatirəsinə həsr edilmiş  şeirlər söylədilər.

ƏLİHÜSEYN ŞÜKÜROV.

Sizin Reklam Yeriniz