Əlaqə Arxiv
news Image
2017.01.24
10:33
| A A A
Harada siqaret çəkmək qadağan ediləcək?-Deputatdan açıqlama
Musa Quliyev: "Milli Məclisin yaz sessiyasında “”Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəyə çıxarılaraq qəbul edilməsi gözlənilir"

Milli Məclisin yaz sessiyasında “”Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəyə çıxarılaraq qəbul edilməsi gözlənilir. Bu barədə Movqe.az-a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev məlumat verib. M. Quliyev bildirib ki, bu qanun layihəsində qapalı yerlərdə, ictimai yerlərdə tütünsüz mühitin yaradılması nəzərdə tutulub: "Məktəblərdə, xəstəxanalarda da qanun layihəsinə görə, siqaret çəkmək yasaq edilməlidir.  Uşaqları siqaretin təsirindən uzaqlaşdırmağın yolu ölkədə tütünsüz mühit yaratmaqdadır. Statistik rəqəmlər göstərir ki, ölkədə siqaret çəkməni məhdudlaşdıran qanunun qəbuluna ehtiyac var. Yeniyetmələrin siqaretə aludəçiliyin qarşısını almaq üçün  tütünsüz mühit yaradılmalıdır. Eyni zamanda ailədə valideynlərin yoxlaması ciddi olmalıdır. Əgər bu gün evdə siqaret çəkən uşağa nəzarət yoxdursa, ona siqareti tərgitdirmək müşkül məsələdir. Ona görə də, həm məktəbdə, həm də ailədə bu məsələyə ciddi nəzarət olmalıdır. Əgər ata evdə siqaret çəkirsə, uşağa siqaretin zərərlərindən danışmaq, onu siqaret çəkməkdən çəkindirmək çətindir. İlk növbədə evdə tütünsüz mühit yaradılmalıdır. Eləcə də, məktəbdə...Biz deyirik ki, məktəbin içində, məktəbin həyətində tütünsüz mühit yaradaq. Amma məktəbdə müəllimlər siqaret çəkir. Ona görə də, düşünürəm ki, məktəbin nəinki içində, eləcə də həyətində siqaret çəkmək yasaqlanmalıdır. Mən vaxtıilə belə bir təklif irəli sürmüşdüm ki, işə götürülərkən, siqaret çəkməyən müəllimlərə üstünlük verilsin. Bu təklifim səs-küyə səbəb olsa da, məqsəd ondan ibarət idi ki, siqaret çəkmək kimi zərərli vərdişə aludə olan müəllimlər uşaqlara pis nümunə olmasınlar. Əgər uşaq müəllimini məktəbdə siqaret çəkən görürsə, ona siqaretin zərərindən danışmaq, bunu təbliğ etmək yersizdir. Çünki, hər gün ona təlim-tərbiyə verən müəllimin siqaret çəkdiyini görür. Evdə də bu belədir. Uşaqlar adətən böyüklərə oxşamaq üçün onların etdiklərini təqlid edirlər. Psixoloji olaraq böyüklər kimi davrandıqda, onların etdiklərini etdikdə, elə hesab edirlər ki,özləri də böyüyürlər. Ona görə də, ailədə, məktəbdə tütünsüz mühit yaradılmalıdır”.

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz