Əlaqə Arxiv
news Image
2017.02.01
11:19
| A A A
Təhsil Nazirliyi: Şagirdlərin davamiyyəti kifayət qədər aşağı düşüb - hava ilə əlaqədar

Qarlı və şaxtalı hava şəraitinin müşahidə olunması ilə əlaqədar orta məktəblədə şagirdlərin davamiyyəti kifayət qədər aşağı düşüb.

Movqe.az xəbər verir ki, bu barədə Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, hazırda rayonların müvafiq qurumlarından orta məktəblərdə tədris prosesinin təşkili lə əlaqədar məlumatlar toplanılır: “Hava şəraitinin daha kəskin dəyişdiyi rayonlarda şagirdlərin dərsə davamiyyəti daha çox düşüb. Bunlar daha çox dağlıq rayonlardır”.

Qeyd edək ki, ölkə ərazisində yanvarın 31-dən fevralın 1-i səhərədək qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-10, Böyük Qafqazda 1-5, Kiçik Qafqazda 0-2, Naxçıvan MR-da 1-3, Lənkəran-Astara zonasında 4-16, Mərkəzi Aran rayonlarında 2-10, Qazax-Gəncə zonasında 2-8 mm təşkil edib.

Havanın minimal temperaturu fevralın 1-də Bakıda və Abşeron yarımadasında 1-3, Aran rayonlarında 0-2, dağlıq rayonlarda 12-17, Naxçıvan MR-da 7-16 dərəcə şaxta təşkil edib.

Sizin Reklam Yeriniz