Əlaqə Arxiv
news Image
2017.02.01
12:34
| A A A
Bakı məktəblərində davamiyyət 75-80 faiz təşkil edir-Rəsmi Açıqlama

Paytaxta qarın yağması bəzi sahələrdə iş prosesinə öz təsirini göstərib. Bəs görəsən paytaxt məktəblərində necə, qarlı hava dərs prosesinə təsir göstərməyib ki? Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Movqe.az-a açıqlamasında bildirib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində təlim prosesi normal şəkildə davam edir: "Hava şəraitinin kəskin dəyişməsi və güclü qarın yağması ilə bağlı bəzi valideynlərin övladlarını məktəbə göndərə bilməməsi səbəbindən davamiyyət 75-80 faiz təşkil edir".

 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz