Əlaqə Arxiv
news Image
2017.02.01
16:08
| A A A
Xəzər sahilində meyiti tapılan şəxsin itkin neftçilərdən biri olduğu açıqlanıb

Xəzər dənizinin Neftçala sahilində meyiti tapılan şəxsin itkin neftçilərdən biri olduğu açıqlanıb.
 
Movqe.az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarında sahildə meyiti tapılan şəxsin ötən ilin dekabr ayında 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması nəticəsində itkin düşən neftçilərdən biri - operator Hacıəliyev Həsənağa Hüseynağa oğlu olduğu açıqlanıb.
 
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsində meyitə ilkin baxış zamanı mərhumun iş yoldaşları bunu təsdiqləyiblər.
 
Meyit araşdırma aparılması üçün Bakıya, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə yola salınıb.
 
Qeyd edək ki, meyit Neftçala rayonunun ikinci Mayak kəndi ərazisində, sahildə aşkarlanıb. 

 

Sizin Reklam Yeriniz