Əlaqə Arxiv
news Image
2017.02.02
09:50
| A A A
Buzda xəsarət alanların sayı açıqlandı-Rəsmi

“İki gün ərzində yolların buz bağlaması üzündən yıxılaraq əzilən və travmalar alan 42 nəfər təcili tibbi yardıma müraciət edib. Təcili yardıma edilən çağırışların sayı isə artmayıb. Sutkalıq müraciətlərin sayı 1700 olub".
Bu sözləri Movqe.az-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev söyləyib. R.Nağyev bildirib ki, müraciət edən şəxslərdən 38 nəfəri xəstəxanalara yerləşdirilib: “Onların içərisində uşaqlar yoxdur. Əsasən 18 yaşlı gənclər və daha yuxarı yaş təbəqəsində olan insanlardır”.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz