Əlaqə Arxiv
news Image
2017.02.02
21:30
| A A A
Dünyanın ən dərin quyusunun qazılması başa çatıb
Vulkanik quyu adi geotermal stansiyalardan 10 qat çox elektrik enerjisi verəcək

İslandiyada dünyanın ən dərin vulkanik quyusunun qazılması prosesi başa çatıb. "Report" "RBK" agentliyinə istinadən xəbər verir ki, bu barədə "İslandiya Dərin Qazmalar Layihəsi"nin (IDDP) rəsmi saytında məlumat verilib.

Məlumatda quyunun dərinliyinin 4 659 metr, onun daxilində temperaturun 427 dərəcə, təzyiqin isə 340 bar olduğu bildirilir. Tunelin Reykyanes yarımadasında yerləşdiyi açıqlanıb. Son dəfə burada vulkan püskürməsi 700 il əvvəl olub. Qazma işləri 2016-cı il avqustun 11-də başlayıb və 176 gün davam edib.
Layihə çərçivəsində Yer təkinin istilik enerjisinin elektrik enerjisinə çevrilməsi nəzərdə tutulub. Ekspertlərin fikrincə, quyudakı buxar adi geotermal stansiyadan 10 qat daha çox enerji vermək qabiliyyətinə malikdir.

Sizin Reklam Yeriniz