Əlaqə Arxiv
news Image
2012.04.24
15:26
| A A A
Sərnişinlərimiz cərimə olunarkən bunu faciəvi bir hal kimi qəbul edirlər
Vaqif Əsədov: “Yol hərəkətində qanunlar pozulduqda, xətalara uyğun cərimələrin tətbiq edilməsi bir mənalıdır”

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, bu həftə yol hərəkətinin təhlükəsizliyi məqsədiylə müəyyən tədbirlər görüləcək.

"Yol polisi olaraq təhlükəsizlik tədbirlərini keçirtmək bizim üçün ən önəmli məsələlərdən biridir. Bu istiqamətdə təbliğat işlərinin aparılmasına üstünlük vermişik. Misal üçün, 46 saylı məktəbdə məktəbli uşaqların yol-qəza hadisələrində həyat və sağlamlığın qorunması istiqamətində, təbliğat xarakterli məktəb müəllimlərinin, şagirdlərin və valideynlərin iştirakı ilə 46 saylı məktəbdə tədbir aparacağıq", - Vaqif Əsədov dedi.

V.Əsədov qeyd etdi ki, sərnişinlərin yol hərəkəti qaydalarına riayət etmələri polislər üçün də çox vacibdir: "Yol hərəkətində qanunlar pozulduqda, xətalara uyğun cərimələrin tətbiq edilməsi bir mənalıdır. İlk növbədə cərimə etmək, törədilən xətaların və yol-qəza hadisələrinin qarşısını almaq üçün edilir. Bu hər bir sərnişin tərəfindən qəbul edilməlidir. Bu gün sərnişinlərimiz cərimə olunarkən, bunu faciəvi bir hal kimi qəbul edirlər. Biz polisləri isə özlərinə düşmən bilirlər. Əslində isə biz bütün bunları onların yaxşılığı üçün edirik. Bu gün kimsə təhlükəsizlik kəmərindən istifadə etmədən avtomobil idarə edərkən, yol polisi tərəfindən saxlanılıb cərimə edilirsə, bu həmin sürücünün və sürücü yanında əyləşən sərnişinin, yol-qəza hadisəsiylə bağlı həyat və sağlamlığının qorunması kimi başa düşülməlidir.

Çox təəssüflər olsun ki, bunu sərnişinlərin əksəriyyəti başa düşmək istəmir. Onlar adi sərnişin kəmərini istifadə etməmək üçün, müxtəlif bəhanələr gətirirlər, məsuliyyətdən yayınmağa çalışırlar, lakin buna baxmayaraq hər bir sürücü qanuna uyğun şəkildə cəzalanır. Onlar qanunu pozmaqdan yorulmurlarsa, bizdə cəza tətbiq etməkdən yorulmayacağıq".

"Hər bir maddə üzrə təyin olunan cərimə məbləği var. Təhlükəsizlik kəmərindən istifadə etməmək 20 manat dəyərində cərimələnir. Lakin çox qısa zamanda bu artıq 40 manat olacaq. Artıq Milli Məclis təklif olunan qərara öz rəyini bildirib və qərar qəbul edilib. Bu səbəbdən də təhlükəsizlik kəmərindən istifadə etməyənləri 40 manat cərimə gözləyəcək.

Daha sonra sürət həddi aşıldıqda, sərxoş halda avtomobilin idarə edilməsi, lüzumsuz olaraq səs siqnallarının verilməsi və s. bütün bunlar cəriməylə cəzalanır.

Lakin əgər təhlükəsizlik kəməri taxılmadıqda müəyyən cərimə kəsilirsə, digər hallarda nə kimi cərimələrin təyin edilməsi, səlahiyyətli şəxsin çıxardığı qərardan asılıdır", - V.Əsədov dedi.

Türkan Nadirqızı

Sizin Reklam Yeriniz