Əlaqə Arxiv
news Image
2017.02.03
10:43
| A A A
Azercelldən nömrə satışının dayandırılması ilə bağlı açıqlama

“Fevral ayının 1-dən etibarən respublikada fəaliyyət göstərən bütün mobil operatorlarda nömrələrin satışı və aktivləşdirilməsi yeni online sistem üzrə aparılır. Bu, Nazirlər Kabinetinin və Prezidentin müvafiq qərarları ilə öhdəlik kimi qoyulub. Azercell-in nömrə satışı dayandırılmamışdı və adi qaydada aparılırdı. Çünki bütün Azercell diler şəbəkəsində kifayət qədər aktiv nömrə ehtiyyatı mövcüd idi və satışları ehtiyyatlarımız hesabına həyata keçirirdik. Yalnız yanvarın 30-da yeni sistemə keçidlə əlaqədar təzə nömrələrin aktivləşdirilməməsi müvəqqəti olaraq dayandırılmışdı. Yanvarın 31-dən isə yeni systemlə satış davam edir.

Yeni nömrə satışı sistemi və onun təkmilləşdirilməsi ilə əlaqədar suallarınızı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ünvanlaya bilərsiniz".

Sizin Reklam Yeriniz