Əlaqə Arxiv
news Image
2017.02.03
13:46
| A A A
Fevralın 24-də məktəblərdə ilk dərs Xocalı soyqırımına həsr ediləcək

Ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində fevralın 24-də ilk dərs Xocalı soyqırımına həsr ediləcək.

Təhsil Nazirliyindən Movqe.az-a verilən məlumata görə, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov Xocalı soyqırımının iyirmi beşinci ildönümünün təhsil müəssisələrində qeyd edilməsi məqsədi “Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsi barədə” əmr verib.

Əmrin icrası ilə bağlı imzalanan Fəaliyyət Planına əsasən, ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində 2017-ci ilin fevral ayı ərzində Xocalı soyqırımına həsr olunmuş geniş tədbirlər həyata keçiriləcək.

Sizin Reklam Yeriniz