Əlaqə Arxiv
news Image
2017.02.06
12:26
| A A A
Sərhədçilər 2 balıqçını xilas edib

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi 2 balıqçını xilas edib. DSX-nın Mətbuat Mərkəzindən Movqe.az-a verilən məlumata görə, fevralın 3-də saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti məntəqəsinə 2 nəfər balıqçının qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən Xəzər dənizində köməksiz qalmaları barədə məlumat daxil olub.

Qayığın koordinatları müəyyənləşdirildikdən sonra sərhəd gözətçi gəmiləri vasitəsilə həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticə­sində sahildən 5 mil aralıda dənizdə qalmış balıqçı qayığı aşkar edilib.

Astara rayon Şahağacı kənd sakinləri Quliyev Zaur Balağa oğlu və Həsənov İlqar Əlihəsən oğlu saat 20:30-da xilas edilərək qayıqla birlikdə sahilə çıxarılıblar.

Sizin Reklam Yeriniz