Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
 
 
news Image
2017.02.06
14:28
| A A A
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

“Milli Məclisin yaz sessiyasının ikinci plenar iclası 14 fevral  tarixində keçiriləcək”.

Bunu Modern.az saytına Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

A.Təvəkküloğlu əlavə edib ki, parlamentin iclasının gündəliyinə 6 məsələ daxil edilib.

Gündəlikdə bir sıra qanunlara dəyişiklər də nəzərdə tutulur. Bunlar aşağıdakılardır:

1. Milli Məclisin Komitə üzvlərinin seçilməsi məsələsinə baxılacaq.  

Bu, deputat  Jalə Əliyevanın Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü seçilməsi ilə bağlı məsələdir. 

2. “Bələdiyyələrin fəailiyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” məsələdir

3. Meşə Məcəlləsinə dəyişiklik;

4. İnzibati xətalar Məcəlləsinə dəyişiklik;

5. “Hərbi vəziyyət haqqında” qanun layihəsinin ikinci oxunuşunun müzakirəsi;

6 .“Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin ikinci oxunuşunun müzakirəsi