Dünyada elə ölkələr var ki, əhalisinin gündəlik gəliri 1 dollar və ondan aşağıdır. Bu ölkələr əsasən “qara qitə” adlandırılan Afrikada yerləşirlər. Dünyanın ən kasıb ölkəsi hazırda Brundi hesab olunur. Bu ölkədə vətəndaşlarının adambaşına düşən illik gəliri 276 dollar civarındadır. Bu isə 11 milyon əhalisi olan ölkənin vətəndaşının gündəlik gəlirinin 1 dollardan da az olması deməkdir.
AzVision.az dünyanın ən kasıb ölkələrinin siyahısını təqdim edir:
1.Burundi
Adambaşına düşən illik gəlir: 276 dollar
2.Mərkəzi Afrika Respublikası
Adambaşına düşən illik gəlir: 306 dollar
3.Niger
Adambaşına düşən illik gəlir: 358 dollar
4.Malavi
Adambaşına düşən illik gəlir: 381 dollar
5.Madaqaskar
Adambaşına düşən illik gəlir: 411 dollar
6.Qambiya
Adambaşına düşən illik gəlir: 441 dollar
7.Liberiya
Adambaşına düşən illik gəlir: 455 dollar
8.Konqo Demokratik Respublikası
Adambaşına düşən illik gəlir: 456 dollar
9.Mozambik
Adambaşına düşən illik gəlir: 525 dollar
10.Qvineya Respublikası
Adambaşına düşən illik gəlir: 531 dollar