Əlaqə Arxiv
news Image
2017.02.13
13:58
| A A A
Məcburi köçkün mənzillərinin sayğaclaşdırılması ilə bağlı-Yeni Xəbər

"Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilən müddətdən indiyədək, məcburi köçkünlərin məskunlaşdığı mənzillərə 9 minə qədər sayğac quraşdırılıb. Bu barədə Movqe.az-a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. T. Mustafayev bildirib ki, ölkə başçısının 23.01.2017-ci il tarixli, 1206 saylı Fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətləri və kommunal xidmətlər üzrə güzəştlər vahid aylıq müavinətlərlə əvəz edildiyini nəzərə alaraq, habelə köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasının qısa müddətdə təmin   olunmasına dair verilmiş göstərişin operativ icrası məqsədi ilə “Azərişıq” ASC-də  Mərkəzi Qərargah yaradılmiş və Fərmanın icrasına başlanılmışdır. T. Mustafayev deyib ki, artıq hər bir abonent kimi, məcburi köçkünlər də, işlətdikləri elektrik enerjisinin haqqını ödəməlidirlər: "Məskunlaşdığı mənzildə sayğac olan məcburi köçkünlər sayğacın göstəricisinə əsasən elektrik enerji haqqını ödəyəcəklər. Məcburi köçkünlərin məskunlaşdığı hansı mənzildə sayğac yoxdursa, həmin mənzillərin sayğaclaşdırılması prosesi davam edir. Məcburi köçkünlərin yaşadıqları binalarda fərdi sayğacların quraşdırılması mütəmadi olaraq Kütləvi Informasiya Vasitələrində məlumatlandırılacaqdır".

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz