news Image
2017.02.16
14:58
| A A A
Əli Əhmədov apteklərdə bəzi dərmanların çatışmazlığından danışdı

Hazırda Azərbaycanın dərman bazarında sabitlik mövcuddur. Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə Baş nazirin müavini Əli Əhmədov apteklərdə bəzi dərman preparatlarının çatışmazlığı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Baş nazir qeyd edib ki, Azərbaycanın dərman bazarındakı bütün dərman preparatları idxal olunur və təbii ki, bu, müəyyən qədər bəzi hallarda dərmanların gətirilməsi, çatdırılması ilə bağlı cüzi problemlər yaradır:

"Amma hazırda dərman bazarında sabitlik mövcuddur. Ola bilər ki, kiminsə axtardığı dərman preparatı hər hansı aptekdə tapılmır. Bu istiqamətdə daxil olan məlumatlar operativ şəkildə müvafiq qurumlar tərəfindən araşdırılır. Biz həm apteklər, həm depolar, həm də dərman idxalı ilə məşğul olan şirkətlərlə mütəmadi əlaqə yaradırıq və bəzi dərmanların çatışmazlığı məsələsinin də nədən qaynaqlanması ilə maraqlanacağıq. Əgər depolarda dərman varsa və onun pərakəndə satışı həyata keçirilmirsə, təbii ki, bu bizi narahat edir. Faktı araşdıracağıq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs