news Image
2017.02.16
15:26
| A A A
İcbari tibbi sığortadan istifadə edən vətəndaşlara MÜRACİƏT

Təcili və Təxirəsalınmaz Tibbi Yardım və ilkin səhiyyə xidmətlərindən pilot ərazilərdə - Yevlax rayonunda və Mingəçevir şəhərində rəsmi qeydiyyatı olan və olmayan bütün vətəndaşlar pulsuz istifadə edə biləcəklər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, icbari tibbi sığortanın ambulator və stasionar üzrə təqdim etdiyi tibbi xidmətlərdən isə yalnız pilot ərazilərdə rəsmi qeydiyyatda olan vətəndaşlar pulsuz istifadə edə bilərlər. Bütün tibbi xidmətlərin dəyərini Agentlik tibb müəssisələrinə ödəyir. Baza zərfində Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətləri üçün göstərilən tarifləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrinə ödəyir. Məlumat üçün bildirək ki, yanvar ayında Mingəçevir şəhəri üzrə 3955 nəfər, Yevlax rayonu üzrə 924 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətindən istifadə edib. Pilot ərazilərdəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinin təkmilləşdirilməsi və əhalinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi, maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi icbari tibbi sığorta tətbiq edilən pilot ərazilərdə bir sıra addımlar atmaqdadır. Pilot ərazilərin ən müasir və tibbi avadanlıqla tam təchiz edilmiş 6 ambulans avtomobili ilə təminatı və bir sıra müasir, yüksək texnoloji avadanlıqlarla təmin edilməsi buna misal ola bilər.

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs