Əlaqə Arxiv
news Image
2017.02.16
16:22
| A A A
Komitə sədri: `Son vaxtlar boşanma və intiharlar çoxalıb`

“Cəmiyyətin inkişafı ailənin sabitliyindən asılıdır”. Movqe.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı parlamentdə “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda keçirilən tədbirdə deyib. 

Komitə sədri bildirib ki, ailə münasibətlərinə təsir edən bir çox amillər var: “Ailədə münasibətlərin korlanması cəmiyyətə birbaşa təsir edir. Əsas məsələ münasibətlərin düzgün və vaxtında təhlil edilməsi, aradan qaldırılması üçün adekvat yol və vasitələrin tapılmasıdır. Ölkəmizdə ailə, qadın və uşaq məsələri ilə bağlı mükəmməl qanunvericilik var”. 

Son zamanlar boşanma, erkən nikah, intihar hallarının çoxaldığını deyən komitə sədri qeyd edib ki, başqa ölkələrdə bu rəqəmlər daha böyük ola bilər, lakin Azərbaycanda mövcud olan milli adət-ənənələrimiz belə hallara göz yummağa imkan vermir: “Bugünkü tədbirin məqsədi məhz bizi narahat edən məsələlərin səbəb və həllini yollarını müəyyənləşdirməkdir”.

Sizin Reklam Yeriniz