Əlaqə Arxiv
news Image
2017.02.16
14:14
| A A A
Ziya Məmmədov yola salındı

Xəbər verdiyimiz kimi prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və Yükək Texnologiyalar nazirliyinə birləşdirildi.

 

Sərəncam Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaq məqsədilə imzalanıb.

 

Movqe.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ləğv edilən nazirliyin inzibati binasına gəlib və orada nəqliyyat işçiləri ilə görüşüb.

 

Görüşdə sabiq nazir Ziya Məmmədov da iştirak edib.

 

Ramin Quluzadə yeni nazir kimi nəqliyyat işçilərinin qarşısına çıxıb və onlara gələcəkdə görüləcək işlər barədə məlumat verib.

 

Ziya Məmmədov alqışlarla yola salınıb.

Sizin Reklam Yeriniz